Ramazan ayı boyunca oruc tutanların orqanizmi daim enerji sərf edir. İtirilən enerjini bərpa etmək, bir çox xəstəliklərdən qorunmaq üçün isə orqanizmə güc verəcək qidaların qəbulu lazımdır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu zaman ən çox zərər görən orqanlardan biri də qaraciyərdir. Onun funksiyasını gücləndirmək və bərpa etmək üçün iftar zamanı ənginar yeyilməlidir. 1 ədəd ənginar qaraciyəri toksinlərdən təmizləyir.
Böyrəyi təmizləmək və su ehtiyatını təmin etmək üçün isə imsak vaxtı cəfəri çayı için.
Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, iftardan sonra razyana dəmləyib qəbul edin.
Orucu şirniyyat və ya quru yeməklə açmayın. Mütləq şorba için. Bu sizi bağırsaq problemlərindən qoruyacaq.
Orqanizminizdə azalan A vitaminini zənginləşdirmək üçün vəzəri yeyin.
Milli.Az