NATO bu münaqişədə birbaşa iştirak edir - Medvedyev

24 Mart 2023 20:11

Şimali Atlantika Alyansı Ukrayna münaqişəsində birbaşa iştirak edir. Belə ki, NATO-nun 3,6 milyonluq ordusundan burada istifadə edilir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

O qeyd edib ki, NATO analitikləri hərbi əməliyyatlarda iştirak faktını etiraf ediblər:

"Onlar (NATO - red.) təbii ki, belə bir hibrid münaqişədə iştirak edirlər və artıq bunu gizlətmirlər. Həmçinin, Kiyev rejimini də texnika, silah və pulla təmin edirlər".

Milli.Az