Millidən ŞOK: ABŞ Rusiya və Çinlə toqquşa bilər!

24 Mart 2023 19:31

Rusiya və ya Çinlə silahlı münaqişə ABŞ üçün qaçılmaz deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

Millinin fikrincə, həm Çin, həm də Rusiya ABŞ-ın maraqlarını təhdid edə bilər:

"Lakin bu dövlətlərlə müharibə qaçılmaz deyil. Böyük dövlətlərlə toqquşmamaq imkanı İkinci Dünya müharibəsindən sonra formalaşmış nizamı qorumaqdır".

General ABŞ və müttəfiqlərinin hərbi potensialının vacibliyini də qeyd edib.

Milli.Az