Fransada etiraz aksiyalarında 457 nəfər həbs edilib

24 Mart 2023 17:36

Fransada pensiya islahatlarına qarşı nümayişlərdə saxlanılanların sayı 457 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Fransanın daxili işlər naziri Jerald Darmanen CNEWS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, aksiyalarda 441 polis və jandarm yaralanıb.

Qeyd edək ki, 10 gündür ki, Fransa şəhərlərində pensiya islahatına qarşı kütləvi etirazlar keçirilir.

Milli.Az