İsmayıllıda zəlzələ olub

24 Mart 2023 11:38

İsmayıllıda 4 bal gücündə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4,2 dərinliyi 9 km olub.

Zəlzələ epsentirdə 4 bala qədər hiss olunub.

İsmayıllı rayonunda baş verən zəlzələ nəticəsində dağıntı və ya tələfat olmayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb", - deyə məlumatda qeyd olunub.

Milli.Az