Maştağa yaşayan 15 yaşlı qız itkin düşüb

24 Mart 2023 15:40

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivi, nömrəsiz evdə yaşayan 15 yaşlı qız itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki,bu barədə onun anası Nailə Hüsyenova Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verib.

O bildirib ki, 2008-ci il təvəllüdlü övladı Hüseynova Gülnarə Mirəli qızı martın 22-də xəbərsiz itkin düşüb.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PB-də araşdırma aparılır.

Milli.Az