Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

24 Mart 2023 13:16

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi deyib.

H.Məhbubinin sözlərinə görə, 8 nəfər uçqunlar altında qaldığı, qalanı isə zəlzələdən qorxaraq qaçdığı üçün xəsarət alıb.

O, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.

Qeyd edək ki, bu gün Xoy rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az