600 şagirdlik məktəbdə "qurbağa" və "tısbağa" gəzir - VİDEO

24 Mart 2023 16:04

Pəncərələri qırılıb, döşəməsi isə çöküb. Divarlar çatlayıb, hətta bünövrə daşları belə zədələnib.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Lənkəran rayonun Mamusta kəndində  1986-cı ildə tikilib istifadəyə verilən 600 şagirdlik məktəbdən gedir. Hazırda məktəbdə 633 şagird təhsil alır. Təhsil ocağında istilik sistemi olmadığından odun sobalarından istifadə olunur.

Bəzi valideynlər isə iddia edir ki, divarın içindən qurbağa, tısbağa çıxır. Məktəbin bu vəziyyətdə olması dərsin keyfiyyətinə də təsir edir.

Həm şagirdlər, həm valideynlər, həm də məktəbin pedoqoji kollektivi əsaslı təmir  işlərinə qısa vaxt ərzində başlanılacağına ümid edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az