Rayon mərkəzində yaşayanlar hələ də odun yandırır - VİDEO

24 Mart 2023 16:16

Xaçmazın mərkəzində yaşayan sakinlər 10 ilə yaxındır qaz sarıdan əziyyət çəkir.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyir ki, müraciət etmədikləri qurum qalmayıb, ancaq bir əncam çəkən yoxdur. Qaz xətti 61-ci kvartal və Lətivə Kələntərli küçəsinin düz yanından keçsə də onlar xəttə qoşula bilmir. Məhəllədə yaşayanlar bildirirlər ki, hər il müraciət etsələr də ancaq tədbir görülmür.

Sakinlər bildirir ki, şəhərin düz mərkəzində yaşasalar da ancaq odun və çör-çöp yandırlar. Odunda almaq baha başa gəldiyindən çətinliklərlə üzləşir.

Məsələ ilə bağlı Azəriqaza müraciət edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirdi ki, Azəriqaz İstehsalat Birliyi regionların qazlaşması prosesini davam etdirir. Xaçmazdakı həmin məhəllənin də qazlaşması diqqətdədir və mərhələli şəkildə həll olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az