Restoranların Ramazan ayına xüsusi menyuları - Qiymətlər - VİDEO

24 Mart 2023 14:16

Bakının əksər restoranları Ramazan ayına özəl hazırlıqlara başlayıb.

Çəkiliş apardığımız restoranın administratoru Səbuhi Həsənov deyir ki, onlarda standart menyu olmur, müştəriyə seçim hüququ verilir. İftar açmaq istəyənlər əvvəlcədən rezervasiya etməlidirlər.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Səbuhi Həsənov 1 nəfər üçün iftar süfrəsinin minimum 15 manata başa gələcəyini deyir.

Ramazan ayı boyunca standart iftar menyusu ilə xidmət göstərəcək restoranlar da var.

Menyuların qiyməti təqdim edilən qidalardan asılı olaraq dəyişir.

Ramazan ayı boyunca qiymətlərin dəyişməyəcəyi bildirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az