Ağstafada yaşayış binası qəzalı vəziyyətdədir - VİDEO

24 Mart 2023 15:04

Üçmərtəbəli binada yaşamaq təhlükəli hal alıb.

Sakinlər qorxu içərisində olduqlarını deyirlər.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Ağstafa rayonunun Müseyib Allahverdiyev küçəsində yerləşən 118 yaşlı 16 saylı  binadan gedir.

Sözügedən bina inşa edildiyi vaxtdan dəmiryolçuların yataqxanası kimi fəaliyyət göstərib. Hazırda isə Ağstafa rayonunun Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.

Birliyin şöbə müdiri Pərviz İsmayılzadə qeyd edib ki, vəsait ayrılacağı təqdirdə problem həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az