Türkiyədə çay fabrikində də güclü yanğın olub - VİDEO

24 Mart 2023 12:42

Türkiyənin Artvin vilayətinin Kemalpaşa bölgəsində yerləşən çay fabrikində güclü yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əraziyə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşını cəlb edilib.

Hələlik yanğının hansı səbəbdən meydana gəldiyi və hadisə zamanı insan itkisinin olub-olmadığı barədə məlumat verilməyib.

Milli.Az