Seda Sayan eşitmə qabiliyyətini itirdi - FOTO

24 Mart 2023 09:40

Türkiyəli müğənni Seda Sayan eşitmə qabiliyyətini itirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin son vaxtlarda qatıldığı dəvətlərdə və çəkdirdiyi fotolarda hər iki qulağında eşitmə cihazı olması diqqətdən yayınmayıb.

Sənətçinin verilişdə davamlı olaraq qulaqcıq taxdığı üçün eşitmə qabiliyyətini itirməyə başladığı və bu səbəbdən əməliyyat keçirdiyi üzə çıxıb.

Peşə xəstəliyi adlandırılan bu vəziyyətə görə tədbir görən Sayanın izdihamlı yerlərə gedərkən eşitmə cihazı taxdığı öyrənilib.

Milli.Az