Avropada narkotikdən istifadə artmaqdadır. Ən yüksək artım göstəriciləri isə Belçikadadır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) məlumat yayıb.
Məlumata görə, kanalizasiya sularında ən çox narkotik izlərinin tapıldığı yerlərin siyahısına növbəti dəfə Antverpen başçılıq edib. Tədqiqatçılar narkotikdən istifadənin Antverpendə 50%, Brüssel və Amsterdamda isə təxminən 28% artdığını təxmin edirlər.
2011-ci ildən etibarən EMCDDA şəhər kanalizasiyalarını təhlil edərək Avropada narkotik istifadəsini araşdırır. 2022-ci ildə müxtəlif maddələrin istifadəsini ölçmək üçün mart-aprel ayları arasında 104 şəhərdə nümunələr götürülüb.
Milli.Az