İranda güclü zəlzələ baş verdi: Naxçıvanda da hiss olundu

24 Mart 2023 08:30

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.

Əldə olunan məlumata görə, təbiət hadisəsi Naxçıvan Muxtar Respublikasında da hiss olunub.

Milli.Az