Kahramanmaraşda daha bir zəlzələ baş verib

24 Mart 2023 07:39

Türkiyənin Kahramanmaraş şəhərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələnin episentri 376 min insanın yaşadığı Kahramanmaraş şəhərindən 65 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşir.

Zəlzələ yerli vaxtla 03.39-da (Bakı vaxtı ilə 04.39) yerin 7,3 km dərinliyində baş verib.

Milli.Az