Parisdə 14 nəfər saxlanılıb

23 Mart 2023 23:56

Polis və jandarmeriya əməkdaşları Parisdə pensiya islahatlarına qarşı nümayişlər zamanı baş vermən iğtişaşların 14 iştirakçısını saxlayıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin preferkturasindan bildiriblər.

Saxlanmaya səbəb silah qismində istifadə oluna bilən qadağan olunan əşyalar göstərilib.

"Etiraz aksiyası zamanı polis ümumilikdə 2000-dən çox yoxlama həyata keçirib. Bıçaq, pirotexnik vasitələr və fişənglər ələ keçirilib", - deyə qeyd ilib.

Milli.Az