Rəşt-Xəzər dəmir yolu nə vaxt hazır olacaq?

23 Mart 2023 23:51

Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Xəzər dəmir yolu bu il iyunun 21-dək istifadəyə veriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu şirkət rəhbərinin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı üzrə müavini Abbas Xətibi deyib.

"Biz bu il yazın sonuna kimi uzunluğu 37 kilometr olan Rəşt-Xəzər dəmir yolunu istifadəyə verəcəyik. Bu, dəmir yolu ilə yüklərin Xəzər dənizindən ölkənin cənubuna Fars körfəzinə və Oman dövlətinə çatdırılmasına imkan verəcək. Hazırda dəmir yolunun aşağı hissəsi 85% hazırdır, 37 kilometrdən 16-da yolun çəkilişi aparılıb", - o bildirib.

Milli.Az