İspaniya gələn həftənin sonunda Ukraynaya 6 Leopard tankı göndərəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin saytında məlumat verilib.
"Müdafiə naziri Marqarita Robles bu gün Sevilya şəhərindəki Santa Barbara Sistemas silah zavoduna baş çəkib və burada gələn həftənin sonunda Ukraynaya göndəriləcəyi gözlənilən altı Leopard 2A4 tankının istismara verilməsini yoxlayıb. Hazırda texnikanın son poliqon sınaqları həyata keçirilir", - deyə məlumatda qeyd olunub.
Müdafiə Nazirliyinin açıqlamasında həmçinin qeyd olunur ki, texnikanın əsaslı təmiri rekord müddətdə başa çatdırılıb.
Milli.Az