Ukraynaya dörd qırıcı verildi

23 Mart 2023 19:33

Slovakiya ötən il milli hərbi hava qüvvələrindən çıxarılan 13 ədəd MiQ-29 qırıcısından ilk dörd ədədini Ukraynaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə "CTK" infromasiya agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.

Qeyd edək ki, Slovakiyanın baş naziri vəzifəsini icra edən Eduard Heqer çərşənbə günü Ukraynadan olan texniki mütəxəssislərin hazırda ölkəsində olduğunu bildirib. Bratislavanın Kiyevə təmənnasız köçürdüyü MiQ-29 təyyarələrinin qəbulu üzrə işlər aparırlar.

Milli.Az