Oqtay Əliyev dəfn olundu - FOTO

23 Mart 2023 14:05

14:05

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub.

Mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər.

Allah rəhmət eləsin!

-------

13:45

Ötən gün avtomobil qəzasında həlak olan əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev dəfn olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Yasamal rayonunda mərhumla yaşadığı evdə vida mərasimi keçirilib. Hazırda Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında son mənzilə yola salınır. Dəfn mərasimində mərhumun yaxınları, mədəniyyət xadimləri və digər rəsmi şəxslər iştirak edirlər.

Xatırladaq ki, O.Əliyev ötən gün yol qəzasında dünyasını dəyişib. Hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib.

"SOY Production"un baş direktoru O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib,

Milli.Az