Türkiyənin Konya vilayətinin Ereğli rayonunda silahlı insident olub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Haber türk" məlumat yayıb.
İki qrup arasında əkin sahəsi məsələsinə görə yaranan mübahisə atışma ilə davam edib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 1-i yaralanıb.
Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq, polis və jandarma qrupları cəlb edilib.
Polis hadisə yerindən qaçan şübhəli və ya şübhəlilərin tutulması üçün işlərə başlayıb.
Milli.Az