Qardaşlar "Avroviziya"da neçənci çıxış edəcəklər?

23 Mart 2023 11:04

Azərbaycanı Avroviziya-2023 mahnı müsabiqəsində "Tell me more" mahnısıyla təmsil edəcək Tural və Turan Bağmanov qardaşları səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,bu barədə yarışmanın rəsmi səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. 

Milli.Az