Ulduz futbolçu millimizlə oyunu buraxacaq

23 Mart 2023 10:16

Avstriya yığmasının ulduz futbolçusu David Alaba AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunu buraxacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun zədəli olmasıdır.

Millinin baş məşqçisi Ralf Raqnik futbolçunu riskə atmamaq üçün belə qərar verib.

Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu martın 24-ü saat 23:45-də başlayacaq.

Milli.Az