Melitopolda partlayış baş verib

23 Mart 2023 11:28

Rusiyanın işğalı altında olan Ukraynanın Zaporojye vilayətinin Melitopol şəhərində partlayış səsləri eşidilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "şəhər administrasiyası" məlumat yayıb.

Partlayışın təfərrüatı barədə məlumat verilməyib, "şəhər administrasiyası" sakinləri sakitliyi qorumağa çağırıb.

Milli.Az