Həbsxanadan diş fırçasının köməyi ilə qaçdılar

23 Mart 2023 10:40

ABŞ-nin Virciniya ştatının Nyuport Nyus şəhərində iki məhbus diş fırçası ilə tunel qazaraq həbsxanadan un məmulatları mağazasına qaçarkən polis əməkdaşları tərəfindən yaxalanıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 37 yaşlı Con Qarza və onun kamera yoldaşı, 43 yaşlı Arli Nemo diş fırçası və metal əşyadan hazırlanmış alətlərdən istifadə edərək kameranın divarını oyub və oradakı armaturları çıxarıblar.

Məhbuslar səhər tezdən həmin armaturlarla divarda deşik açaraq kameradan çıxıblar. Qaçaqlar kameradan çıxandan sonra həbsxananın divarına dırmaşaraq gözdən itiblər. Qeyd olunur ki, onlar həbsxanadan 11 kilometr aralıda yerləşən "İHOP pancake" mağazasına çatıblar. Burada iki məhbusu görən şahidlər polisə zəng vurublar.

Yaxalanan məhbusları qaçışa görə əlavə məsuliyyət gözləyir.

Milli.Az