Manaf həbs olunmuş oğlundan danışdı: “Bir səhv idi etmişdi”

23 Mart 2023 12:48

Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb.

Bu barədə oxu.az-a danışan sənətçi oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib:

"Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir".

Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilmişdi.

Milli.Az