Nəhəng hörümçək növü aşkarlandı

24 Mart 2023 03:22

Avstraliyalı alimlər Kvinslend ştatında yeni və nəhəng hörümçək növü aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Yeni hörümçək növünün elmi adı "Europlos dignitas"dır. "Europlos" hörümçəklər qrupunu bildirir, "dignitas" isə böyüklük mənasını verən latın epitetidir", - deyə alimlərdən biri olan Maykl Riks bildirib.

O, bu adın yeni növə böyük ölçüsünə görə verildiyini və növün nəsli kəsilməkdə olduğunu qeyd edib.

Alimin sözlərinə görə, yeni növ hörümçəklər insanlar üçün ciddi təhlükə yaratmır.

Milli.Az