BMT: Dünya əhalisinin dörddə birindən çoxunun...

23 Mart 2023 08:35

Dünya əhalisinin ən azı 26%-nin təhlükəsiz içməli suya çıxışı yoxdur.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə BMT-nin saytında məlumat verilib.

Hesabatda qeyd olunub ki, dünya əhalisinin 47%-nin əsas sanitariya xidmətlərinə çıxışı yoxdur.

Eyni zamanda, son 40 ildə dünyada su istehlakı hər il təxminən 1% artıb və gələcəkdə də artmaqda davam edəcək.

Milli.Az