Rusiyanın ehtiyatında bu qədər tank yararlıdır

23 Mart 2023 08:30

Rusiyada konservasiyada olan tankların ehtiyatları nominal rəqəmlərdə göründüyü qədər böyük deyil. Minlərlə zirehli texnikanın yalnız kiçik bir hissəsi cəbhəyə göndərilə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

"Açıq mənbələrdən əldə edilən məlumatlara görə, Rusiyada 60-90-cı illərin 13 min civarında tankı var - 3 minə yaxın T-80, 8 minə yaxın T-72 və 2,5 minə yaxın T-62. Az sayda T-90-lar da mövcuddur. Ancaq saxlama şəraitinin pis olması səbəbindən onların yalnız bir hissəsi bərpa üçün uyğundur - təxminən 500-800 T-62, 1300 ədəd T-72 və 600-dən çox olmayan T-80. 200 ədəd T-90 tankı da anbardan çıxarıla bilər. Bunlar cəmi 2900 tank edir. Qalanların hamısı, ən yaxşı halda, ehtiyat hissələri kimi istifadə ediləcək", - o bildirib.

Milli.Az