Toya gedən şəxs qəza törətdi, 4 nəfər yaralandı

23 Mart 2023 08:06

Gəncədə qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəzada "Mercedes" markalı minik maşını ilə digər avtomobil toqquşub.

Baş verən qəzadə xəsarət alanların adları bəlli olub.

Qəza zamanı digər avtomobildə olan 2004-cü il təvəllüdlü Elnur Mehdixanov, 2004-cü il təvəllüdlü Amil Abbasquliyev, 2001-ci il təvəllüdlü Samir Abdullayev və 2003-cü il təvəllüdlü Sadiq Bayramov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə qəzanı törədən sürücü Leyla Məmmədova hadisə zamanı toya gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az