"Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yuxu tutub"

23 Mart 2023 06:48

"Sonuncu dəfə iki ay öncə görüşüb tamaşaya getmişdik, elə tamaşa boyu yatırdı, dizinə vurub oyadırdım. Son zamanlar onu yuxu aparırdı, ola bilsin, maşında yuxu tutub".

Milli.Az bildirir ki, bu fikirləri "report" a açıqlamasında Azərbaycanın əməkdar artisti Çingiz Əhmədov deyib.

O bildirib ki, O.Əliyev ürəyindən əməliyyat olunmayıb.

Hazırda mərhumun yaşadığı mənzilə ailə üzvləri, qohumları, ictimaiyyət nümayəndələri və sənət dostları yığışıb.

Qeyd edək ki, Oqtay Əliyev səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Milli.Az