Türkiyədə zəlzələ olub

23 Mart 2023 07:16

Türkiyənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.

Zəlzələnin təxminən 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az