Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması... - Blinken

23 Mart 2023 07:05

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken hesab edir ki, Azərbaycan və Ermənistan tezliklə sülhlə bağlı razılığa gələ bilərlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, çərşənbə günü Konqres Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edərək bunu təsdiqləyib.

"Mən hesab edirəm ki, bir fürsət var, onu şişirtmək istəmirəm, lakin sülh sazişinin hazırlanmasını faktiki olaraq başa çatdırmağa imkan verən bir fürsət var", - deyə A.Blinken bildirib.

Milli.Az