BOS "Qarabağ" - "Qalatasaray" oyununa hazırdır - FOTO

22 Mart 2023 23:13

Bakı Olimpiya Stadionu "Qarabağ"la "Qalatasaray" arasında keçiriləcək xeyriyyə matçına ev saibliyi etməyə hazırdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda Ağdam təmsilçisi məlumat yayıb. "Qarabağ" stadionun son durumunun fotolarını paylaşaraq yazıb: "Bakı Olimpiya Stadionu qardaşlıq oyununa hazırdır".

Qeyd edək ki, martın 26-da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyunun bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə göndəriləcək.

Milli.Az