Moskvada İNTERPOL xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb

22 Mart 2023 23:43

Moskvada yol polisi əməkdaşları İNTERPOL xətti ilə axtarışda olan 36 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinir.

Onun saxlanılması Xovrino ərazisində baş verib.

Həmin şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Milli.Az