Oqtay Əliyevin son açıqlaması: Bir-bir itiririk

22 Mart 2023 23:36

Bu gün qəzada dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, prodüser və rejissor Oqtay Əliyevin mediaya son açıqlaması sosial şəbəkələrdə paylaşılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, düz 2 ay əvvəl dünyasını dəyişən aktrisa Tünzalə Əliyevanın (Toppuş bacı) dəfn mərasimində iştirak edən O.Əliyev jurnalistlərlə mərhumla bağlı xatirələrini bölüşmüşdü.

"Teatrımız Tünzalə kimi aktrisaları bir-bir itirir" - demişdi Oqtay Əliyev.

Bu gün mədəniyyətimiz Oqtay Əliyevin özünü də gözlənilmədən itirdi...

Milli.Az