Moldovanın dövlət dili rumın dilinə dəyişdirilib

22 Mart 2023 23:05

Moldova prezidenti Maya Sandu dövlət dilini Moldova dilindən rumın dilinə dəyişdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində məlumat yayıb.

Prezident parlamentin qərarını təsdiqləyib.

"Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin", - deyə Sandu bildirib.

Milli.Az