Röyadan Oqtay Əliyevlə bağlı paylaşım

22 Mart 2023 21:40

Xalq artisti Röya Ayxan bu gün avtomobil qəzasında həlak olan Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən yazır ki, mərhumla bağlı fikirlərini yazan sənətçi Əməkdar artist Dilarə Əliyevaya başsağlığı da verib: 

"Çox ağır bir xəbər aldıq. Daha bir gözəl insanı itirdik! Oqtay müəllim, siz mənim bütün addımlarımda yanımda olduz. Neçə gəncə dəstək verdiz! Hər şey üçün çox sağ olun! Ruhunuz şad olsun! Allah rəhmət eləsin! Dilarə xanım, sizə böyük səbr arzu edirəm!".

Milli.Az