Ərinə hirsləndi, yeni doğduğu körpəsini yerə çırpıb öldürdü

22 Mart 2023 22:15

Rusiyanın Omsk vilayətində gənc ana yeni  doğduğu körpəsini öldürüb.

Milli.Az Lent.az-a istinadla bildirir ki, vilayət məhkəməsi həmin qadın barəsində hökm elan edib. Hadisə 2022-ci ilin yayında baş verib. Qadın sərxoş vəziyyətdə sevgilisindən qisas almaq üçün yeni doğulmuş uşağını var gücü ilə bir neçə dəfə yerə vurub. Həkimlər gələnə qədər körpə atasının qucağında dünyasını dəyişib.

İstintaq zamanı qadın körpənin əri tərəfindən öldürüldüyünü deyərək günahını etiraf etməyib. Gənc ana ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi üçün 15 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az