Fransanın xarici işlər naziri gələn ay Azərbaycana səfər edəcək

22 Mart 2023 21:28

Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistan və Azərbaycana səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Senatın "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Qeyd olunub ki, nazir Laçın yolu ətrafında yaranmış vəziyyətin nizama salınmasını müzakirə etmək üçün apreldə Ermənistan və Azərbaycana səfər edəcək.

Milli.Az