Oqtay Əliyevin öldüyü qəzanın SƏBƏBİ MƏLUM OLDU: Sükan arxasında qəfil...

22 Mart 2023 19:38

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

Milli.Az xəbər verir ki, qurumdan verilən məlumatda bildirilir ki, avtomobili idarə edə sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub:

"Nəyicədə onun idarə etdiyi "Toyota Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxaya yerləşdirilib".

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb. Məlumata görə, Hadisə "Vaz" dairəsindən Saray qəsəbəsinə gedən yolda baş verib.

Milli.Az