Baş katib: «Qarabağ münaqişəsinin həlli Qafqazdakı bütün problemlərin həllinə kömək edəcək»

14 May 2010 18:35
Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirib. Moskvada keçirdiyi mətbuat konfransında o, deyib: "Ümid edirəm ki, artıq bu gün Qarabağ probleminin həllində əldə edilmiş irəliləyiş Qafqazda mövcud olan ziddiyyətlərin birdəfəlik aradan qalxması ilə nəticələnəcək".

Bordyuja Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin aradan qaldırılmasına ciddi cəhdlər etdiklərini bildirib.

Milli.Az