"Ferentsvaroş" millimizin forvardını istəyir

22 Mart 2023 19:04

Bu qış "Qarabağ"ın hücumçusu Ovusu Kvabenanı heyətinə qatan Macarıstanın "Ferentsvaroş" klubu Azərbaycan təmsilçisinin daha bir futbolçusunu diqqətdə saxlayır.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Stanislav Çerçesov yaxşı tanıdığı Ramil Şeydayevin komandasını gücləndirəcəyinə əmindir.

Ramilin millinin heyətində bu ay keçirəcəyi matçları da izləyəcək Çerçesov yaxşı şərtlər fonunda sözügedən oyunçunu yanına aparmağı planlaşdırır.

Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Şeydayev hələ də klubunun yeni anlaşma təklifini cavablandırmayıb. 27 yaşlı futbolçunun xidmətində "Neftçi" və iki Rusiya klubu da maraqlıdır.

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsinin ilk iki oyununu səfərdə keçirəcək. Martın 24-də Avstriya yığması ilə qarşılaşacaq təmsilçimiz bundan 3 gün sonra İsveçlə üz-üzə gələcək. 

Milli.Az