Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu - VİDEO

22 Mart 2023 10:57

Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi "Dərviş band" qrupu olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, finalda birincilik qazanan Zülfü Əsədzadə Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısını fərqli tərzdə ifa edib. Mahnı sosial media seqmentində paylaşılaraq maraqla qarşılanıb. İzləyicilərin çoxu mahnının yeni formatını da bəyəndiklərini bildiriblər.

Qeyd edək ki, Zülfü Xalq artisti Gülyaz Məmmədovanın tələbəsidir.

Milli.Az