Ukraynada kimin qalib gələcəyi maraqlı deyil! - Vuçiç

22 Mart 2023 18:06

Serbiyaya Ukraynada təcili sülh lazımdır. Bizə kimin qalib gələcəyi önəmli deyil.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

"Serbiya ən çox istəyir ki, elə bu saniyə Ukraynadakı müharibə dayansın. Bilirəm ki, Qərbdə yalnız kimin qalib gələcəyi və məğlub olacağı haqda danışırlar. Bu, mənə maraqlı deyil. Serbiya üçün yalnız sülhün olması önəmlidir", - Serbiya lideri bildirib.

Milli.Az