Rusiya bu azərbaycanlını dünyada axtarır - FOTO

22 Mart 2023 18:39

Rusiya daha bir azərbaycanlını beynəlxalq axtarışa verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Çingiz Cahangirov barəsində beynəlxalq axtarış elan edilib. O, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürməyə cəhd, odlu silahın və onun əsas hissələrinin qanunsuz əldə edilməsi, başqasına verilməsi, saxlanması, daşınması və ya daşınmasında təqsirli bilinir.

Onun tapılması üçün Rusiya hüquq-mühafizə orqanları qırmızı bülletenlə İnterpola müraciət ediblər.

Milli.Az