Məşhur yazıçının evi satışa çıxarılıb - FOTO

22 Mart 2023 12:03

İngilis yazıçısı Ceyn Ostinin Hempşirdəki mülkü "Knight Frank" daşınmaz əmlak agentliyi tərəfindən satılır.

Söhbət məşhurun doğulduğu və 19-cu əsrin əvvəllərində "Qürur və qərəz", "Nortenger abbatlığı", "Hiss və hissiyat" əsərlərini yazdığı evdən gedir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, obyekt 20 hektardan çox sahədə yerləşir.

Evin içərisində bir neçə yataq otağı, böyük yemək otağı, qonaq otağı, kamin otağı və şərab anbarı var. Ərazidə tennis kortu, hovuz və albalı ağacları olan bağ da var. Tarixi mülk üçün 10,5 milyon dollar tələb olunur.

Milli.Az