Kilsədə “hacı pivəsi” hazırlandı - TOZ HALINDA

22 Mart 2023 15:31

Almaniyanın məşhur Noysel abbatlığı yeni pivə hazırlayıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni pivə tərkib etibarı ilə klassik pivədən fərqlənmir. Onun yeganə fərqi toz şəklində olmasıdır. 

Pivəni hazırlayanların iddiasına görə, bu yolla istehsal zamanı yaranan istixana qazlarını 5% azaltmaq mümkündür. Ən əsası isə, uzaq ölkələrə daşınma xərcləri 10-20 dəfə azala bilər. 

Tozdan pivənin  hazırlanması da asandır. 1 qaşıq toz 1 stəkan suya əlavə edilib qarışdırılır. 1 dəqiqə sonra pivə hazırdır. 

Abbatlıq hələlik alkoqolsuz pivənin toz formasını hazırlaya bilib. Yaxın gələcəkdə ənənəvi pivənin də bu variantı ərsəyə gətiriləcək. 

Milli.Az