Fransada etiraz aksiyaları zamanı 855 nəfər saxlanılıb

22 Mart 2023 08:50

Fransa polisi son bir neçə gündə ölkədə pensiya islahatına qarşı keçirilən etiraz aksiyaları zamanı müxtəlif qanun pozuntularına görə 855 nəfəri saxlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "BFM" telekanalına müsahibəsində Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

"İndiyədək bütün Fransada 855 nəfər saxlanılıb, onlardan 843-ü artıq həbs edilib", - deyə nazir bildirib.

O, həmçinin qeyd edib ki, cümə axşamı Fransada pensiya yaşının artırılmasına qarşı kütləvi etirazlar gözlənilir.

Milli.Az